Tovuz rayonunda elektrik şəbəkəsinin işçisi elektrik cərəyanı vurması nəticəsində ölüb.
AZXEBER.COM Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, oktyabrın 10-da Tovuz rayonu Qandallar kəndinin ərazisində rayon elektrik şəbəkəsinin işçisi Rəhman Əliyev elektrik cərəyanı vurması nəticəsində ölüb. Hadisə Rəhman Əliyevin elektrik transformatorunda təmir işləri apararkən baş verib.
Faktla əlaqədar araşdırma aparılır.