Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Öysüzlü kəndində qeydə alınıb.
Hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan bir ailənin 4 üzvü xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Xəsarət alanlar 1987-ci il təvəllüdlü İ.İsmayılov, 1988-ci il təvəllüdlü Ş.İsmayılova,2023-cü il təvəllüdlü C.İsmayılov və 2017-ci il təvəllüdlü Z.İsmayılovdur.
Yaralıların vəziyyətinin orta-ağır olduğu bildirilir.
Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.
Faktla araşdırma aparılır.