Tovuzda minik maşını yük avtomobili ilə toqquşub.
AZXEBER.COM"Qafqazinfo”-ya istinadən xəbər verir ki, hadisə rayonun Azaflı kəndində qeydə alınıb.
Belə ki, "VAZ 21 07” markalı avtomobil "ZİL” markalı maşınla toqquşub.
Qəza zamanı minik maşınında olan 8 yaşlı N.O (Ad şərtidir) ağır bədən xəsarətləri ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hazırda onun müalicəsi davam edir.
***
14.03
Tovuzda minik avtomobili yük maşınına çırpılıb, xəsarət alan var.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Azaflı kəndi ərazisində qeydə alınıb.
Hərəkətdə olan "VAZ 2107” markalı minik avtomobili yük maşınına arxadan çırpılıb. Qəza zamanı minik avtomobilinin sürücüsü 1991-ci il təvəllüdü S.Məmmədov xəsarət alıb.
Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
















































