Tovuzda partlayış - 2 nəfər dağıntılar altından çıxarıldı

Tovuzda partlayış - 2 nəfər dağıntılar altından çıxarıldı
SOSİAL
10:17 01.04.2019
4578
Tovuzda partlayış baş verib.
 
AZXEBER.COM FHN-ə istinadən xəbər verir ki, rayonun Aşağı Öysüzlü kəndində ümumi sahəsi 40 m² olan birmərtəbəli fərdi yaşayış evində partlayış qeydə alınıb. Yanğın hadisəsi olmayıb.

Partlayış zamanı evdə sahəsi 20 m² olan bir otaq və bitişik talvar uçub. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri 2 nəfəri dağıntılar altından çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub.
OXŞAR XƏBƏRLƏR