Tovuz rayonunda partlayış olub.AZXEBER.COM-un FHN-in saytına istinadən verdiyi məlumata görə, hadisə Tovuz rayon, Bozalqanlı kəndində (rayon mərkəzindən 6 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 36 kv.m olan köməkçi otaqda baş verib.
Partlayış nəticəsində otağın tavanı, pəncərəsi, qapı çərçivəsi dağılıb və 2 nəfər xəsarət alıb.
Yanğın olmayıb.