Tovuzda piyadanı avtomobil vuraraq öldürdü

Tovuzda piyadanı avtomobil vuraraq öldürdü
HADİSƏ
23:15 21.08.2025
410
Tovuzda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə Tovuzun Qovlar şəhərində qeydə alınıb.

Belə ki, hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən piyadanı vurub.

Piyada xəstəxanaya aparılarkən yolda ölüb. Piyadanın kimliyi dəqiqləşdirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR