Tovuzda sərhəddə yerləşən əsgərlərlə görüş keçirildi

Tovuzda sərhəddə yerləşən əsgərlərlə görüş keçirildi
Bütün Xəbərlər
09:29 01.01.2013
1095

Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə Millət vəkili Qənirə Paşayeva və rayon rəhbərliyi Tovuzda sərhəddə yerləşən "N" saylı hərbi hissədə əsgərlərlə görüşüb.

Qonaqlar onlara xidmətlərində möhkəm olmağı, Azərbyacanın qəhrəman oğul və qızlarını özlərinə nümunə götürməyi tövsiyyə ediblər. Həmrəylik günün tarixinə nəzər salınaraq bildirilib ki, hər kəs əsgərləri yada salmalı, imkan daxilində bayram günlərində onlarla bir yerdə olmalidirlar.

Daha sonra Xidmətində fərqələnən əsgər və zabitlərə hədiyyələr təqdim edilib. Tədbir konsert proqramı ilə davam edib. Qonaqlar həmçinin hərbiçilərlə birlikdə əsgərlərin bayram süfrəsinə qonaq olublar.

OXŞAR XƏBƏRLƏR