Tovuzda tibb işçilərinə verilən vədlər yerinə yetirilmir? - VİDEO

Tovuzda tibb işçilərinə verilən vədlər yerinə yetirilmir? - VİDEO
SOSİAL
00:34 11.06.2026
197
Tovuz rayon mərkəzi xəstəxanasının vərəm şöbəsində çalışan bir qrup tibb işçisinin iş yeri Ağciyər Xəstəlikləri Mərkəzinin Şəmkir Regional Xəstəxanasına dəyişdirilib.

AZXEBER.COM-un Xezerxeber.az-a istinadən xəbərinə görə, qərar qüvvəyə minən zaman həmin tibb işçilərinə bildirilib ki, yol xərcləri qarşılanacaq və ya nəqliyyatla təmin olunacaqlar. Həmçinin əməkhaqlarında müəyyən qədər artım olacağı vəd edilib.

Ancaq, onlar iddia edirlər ki, gözlənilən olmayıb.

Şikayətçilər deyirlər ki, şöbədə ümumilikdə 46 nəfər çalışıb. İşçilərdən yalnız ikisi burada saxlanılıb, digər əməkdaşlar isə növbəli şəkildə mütəmadi olaraq Şəmkir Regional Xəstəxanasına gedib-gəlirlər.

OXŞAR XƏBƏRLƏR