AZXEBER.COM-un Xezerxeber.az-a istinadən xəbərinə görə, qərar qüvvəyə minən zaman həmin tibb işçilərinə bildirilib ki, yol xərcləri qarşılanacaq və ya nəqliyyatla təmin olunacaqlar. Həmçinin əməkhaqlarında müəyyən qədər artım olacağı vəd edilib.
Ancaq, onlar iddia edirlər ki, gözlənilən olmayıb.
Şikayətçilər deyirlər ki, şöbədə ümumilikdə 46 nəfər çalışıb. İşçilərdən yalnız ikisi burada saxlanılıb, digər əməkdaşlar isə növbəli şəkildə mütəmadi olaraq Şəmkir Regional Xəstəxanasına gedib-gəlirlər.











































