Tovuzda yolu keçmək istəyən iki məktəblini avtomobil vurdu

Tovuzda yolu keçmək istəyən iki məktəblini avtomobil vurdu
SOSİAL
00:35 27.09.2026
778
Tovuzda iki məktəblini avtomobil vurub. 

AZXEBER.COM xəbər verir ki, hadisə rayonun Qovlar qəsəbəsində baş verib. 

Hərəkətdə olan Range Rover markalı avtomobil yolu qarşı tərəfə keçmək istəyən 2010-cu il təvəllüdlü X.Ələkbərova və onun həmyaşıdı F.Nəsibovanı vurub.

Məktəblilərdən biri Tovuz rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, digəri isə Bakı şəhərində yerləşən xəstənalardan birinə göndərilib. 

Faktla bağlı araşdırma başlanılıb.
OXŞAR XƏBƏRLƏR