“Toy çadırını sökməmiş, yas çadırını qurduq…” – Xəzərin udduğu 4 dostun acı hekayəsi

“Toy çadırını sökməmiş, yas çadırını qurduq…” – Xəzərin udduğu 4 dostun acı hekayəsi
SOSİAL
11:56 31.07.2019
5196
Əməkdaşımızın faciənin yaşandığı məkanla bağlı ilginc qeydləri; burada heç bir təhlükəsizlik tədbiri nəzərə alınmayıb…

Çimərlik mövsümü başlayandan statistikaya nəzər salsaq görərik ki, orta hesabla Xəzər dənizi Bakıda hər gün bir can alıb. Bəzi günlər var ki, Xəzər bir canla da kifayətlənməyib, bir neçə ailəyə faciə yaşadıb. İyulun 28-i də həmin günlərdən biridir.

Artıq neçə gündür ki, sosial şəbəkələrdə, cəmiyyətdə Xəzər dənizində batan 4 dostdan danışılır. Onların gənc, nişanlı olduqları halda vaxtsız ölümləri eşidənləri xeyli məyus edir.

Qısaca xatırladaq ki,  iyulun 28-də Pirşağı çimərliyindən bir qədər yuxarıda 4 nəfər eyni anda batıb. Onlar Sabunçu rayonu Kürdəxanı kənd sakinləri – 1992-ci il təvəllüdlü Əli Cavadov, 1991-ci il təvəllüdlü Murad Əzizov, 1991-ci il təvəllüdlü Kamran Hacıquliyev və Balababa Babayevdir. Məlumatlarda bildirilir ki, sahildə futbol oynayan 8 gənc daha sonra çimmək üçün dənizə girib. Bu zaman dənizdə baş verən burulğan gəncləri sahildən uzaqlaşdırmağa başlayıb.

Yuxarıda qeyd etdiyimiz şəxslər burulğandan qurtula bilməyiblər. Digər 4 nəfər isə xilas edilib. Mərhumlardan ikisi nişanlı olub, bir nəfərin isə 2 gün əvvəl toyu olubmuş. Həmin şəxslərin nəzarətsiz çimərlikdə boğulduğu bildirildi. Qeyd edildi ki, həmin ərazi çimmək üçün uyğun deyil və buna görə də orada hansısa nəzarət təşkil edilməyib.

AZXEBER.COM xəbər verir ki, "Yeni Müsavat”ın reportyor qrupu gənclərin batdığı əraziyə yollanıb, oradakı mənzərənin əyani şahidi olduq.

Öyrəndik ki, gənclərin batdıqları ərazi Pirşağı çimərliyi ilə Kürdəxanı çimərliyinin arasında yerləşir. Əraziyə çatana qədər Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən nəzarət edilən bir neçə çimərliyə rast gəldik. Həmin çimərliklərdə xüsusi nişanlar vurulub, əraziyə nəzarət edilir. Lakin Pirşağı çimərliyindən üzü Kürdəxanı tərəfə getdikcə nəzarət zəifləyir və sonda nəzarətsiz ərazilərə rast gəlinir.

Daha çox Kürdəxanıya yaxın olan bu ərazidə elə qeyd etdiyimiz kəndin camaatı istirahət edir. Ərazi nəzarətsiz olsa da, yiyəsiz də deyil. Belə ki, 4 dostun batdığı yerin adı "Əkbər” ailəvi istirahət mərkəzidir. Ərazidə sınıq-sökük taxtalardan yerlər düzəldilib. Obyektə nəzarəti isə Valeh adlı şəxs edir.

Valehlə söhbətimiz zamanı o bildirdi ki, obyekt Nəsimi müəllim deyilən şəxsə aiddir. Nəsimi müəllim öz atası Əkbərin adını bu obyektə verib. Hadisə gününə gəlincə isə Valeh aşağıdakıları söylədi: "Hadisədən öncə bura 8 nəfər gəldi. Yemək sifariş verib, obyektin arxa hissəsində futbol oynamağa başladılar. Bir qədər futbol oynadıqdan sonra hay-küy qalxdı ki, dənizdə batan var. Baxdım ki, az öncə gələn gənclərdən 4-ü çıxarılıb, digərləri isə batıblar. Burada gördüyünüz kimi, hansısa təhlükəsizlik tədbiri görülməyib. Yalandan deyə bilmərəm ki, əraziyə nəzarət olunur. Mən də 4 aydır ki, bu obyekti icarə götürmüşəm. Ancaq müştəri zəif olduğu üçün geri qaytarmağı düşünürəm. Ümumiyyətlə, burada əslində sahilə yaxın ərazilər dərin deyil. Sadəcə olaraq, həmin günü külək idi. Ola bilər gənclər sualtı burulğana düşüblər. Onlar içkili deyildilər. Çünki sifariş verdikləri yeməkləri hələ heç yeməmişdilər”.

4 dostun batdığı ərazi iki hissəyə bölünüb. Digər hissəyə isə Qafar adlı şəxs nəzarət edir. Qafar orada olmadığı üçün onunla görüşə bilmədik.

Velehlə söhbət etdikdən sonra gənclərin batdığı yerə qədər getdik. Sahildə bir qayıq var idi. Lakin qayığın nə motoru, nə də avarları mövcud idi. Yəni əgər kimsə batırsa, bu qayıqla kömək etmək istəyən olarsa, onun dənizdə hərəkət etməsi üçün heç bir imkan yoxdur. Bundan əlavə, obyektin ərazisində natəmizlik də hökm sürür. Əraziyə gedən yol da bərbad vəziyyətdə olduğu üçün çox az adam "Əkbər” ailəvi istirahət mərkəzinə qədər gedib çıxa bilir…

Ərazidən bir qədər kənarda söhbət etdiyimiz Kürdəxanı sakinləri bildirdilər ki, bu yerlərin satılmasının günahkarı bələdiyyədir: "Bələdiyyə bu əraziləri obyekt halında insanlara paylayıb. Ancaq heç bir nəzarət yoxdur. Camaat bura əlacsızlıqdan gəlir. Çünki digər yerlərin hamısı hasarlanıb, stolun da qiyməti 15-20 manatdan başlayır. Burada isə pul almırlar. Çay gətirib, yalnız onun pulunu istəyirlər. Ona görə də maddi imkanı zəif olanlar məcburiyyətdən bu əraziyə yollanırlar”.

Kürdəxanı sakini Sənubər Ağayeva bildirdi ki, 2 gündür kənd yas içərisindədir: "Balababa Babayevin hadisədən 2 gün öncə toyu olmuşdu. Toyda bütün kənd camaatı iştirak etmişdi. Gözəl də toy keçdi. Onun üçün iki çadır qurmuşdular. Heç toy çadırını söküb qurtarmamış, eyni yerdə yas çadırı quruldu. Çox ağrılı hadisədir. Kənd camaatı hələ də hadisənin təsrindən çıxmayıb. Hadisə günü külək güclü idi. Ancaq gilavar əsmirdi. Adətən burada gilavar olanda camaat dənizə gəlmir. Həmin günü isə güclü xəzri əsirdi. Dostların hamısı kasıb ailənin övladları idi. Muradın anası toylarda qab yuyub, onu böyüdüb boya-başa çatdırmışdı. Atası da kasıb adamdır.  Özündən başqa bir qardaşı, bir də bacısı var. Əlinin isə atası rəhmətə gedib. Anası min bir  əziyyətlə onu böyütmüşdü. Özündən başqa bir bacısı var. Kamranın da atası taksi sürücüsüdür. Ailəsini halal zəhməti ilə dolandırır. Bu gün Muradla Kamranın meyitləri tapıldı. İkisinin də valideyni ayın 28-dən dənizin qırağından getmirdilər. Elə burada oturub ağlayırdılar”.

Xəzər sahillərində istirahətdə olanlar deyirlər ki, hadisə baş verən gün dənizdə güclü axın müşahidə ediblər. Suya girən hər kəs ayaqlarının sanki dənizin içərilərinə tərəf çəkildiyini hiss edib. Yay mövsümü ərzində, xüsusən şərq küləyinin cənub küləyi ilə əvəzləndiyi saatlarda belə güclü axınlar müşahidə edilir. Belə axınlar zamanı suda hətta üzmək bacarıqları olanlar üçün də təhlükəli vəziyyət yaranır. Adi günlərdə Xəzərdə normal üzə bilənlər küləyin istiqamətinin əks tərəfə dəyişməsi ilə müşahidə edilən güclü axınlar zamanı daha çox səy göstərməli olurlar. Biz reportajı hazırlayan zaman da dənizdə gilavar küləyi əsirdi. Lakin buna baxmayaraq, "Əkbər” ailəvi istirahət mərkəzi adlanan yerdə 3 dost dənizdə çimirdi. Onlara isə nəzarət edən yox idi…
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
YAP Səbail rayon təşkilatında qeyri-hökumət təşkilatları ilə birgə tədbir keçirildi
17:11 28.07.2026
YAP Səbail rayon təşkilatında qeyri-hökumət təşkilatları ilə birgə tədbir keçirildi
Uşağı olan atalara neçə gün məzuniyyət verilir? – Ölkələr üzrə fərqlər
17:00 28.07.2026
Uşağı olan atalara neçə gün məzuniyyət verilir? – Ölkələr üzrə fərqlər
Yayda estetik əməliyyat etdirmək olar?
16:48 28.07.2026
Yayda estetik əməliyyat etdirmək olar?
Ailə dəyərləri qorunur, yoxsa əvvəlki kimi deyil? - "Hər şey pula satılıb, ona görə qorunmur" – VİDEOSORĞU
16:29 28.07.2026
Ailə dəyərləri qorunur, yoxsa əvvəlki kimi deyil? - "Hər şey pula satılıb, ona görə qorunmur" – VİDEOSORĞU
Azərbaycanda ilk dəfə beynəlxalq yeniyetmələr qolf turniri keçirildi - FOTOLAR
16:14 28.07.2026
Azərbaycanda ilk dəfə beynəlxalq yeniyetmələr qolf turniri keçirildi - FOTOLAR
Mobil nömrəyə çox pul verənlər nə düşünür? - Ekspert açıqladı
16:10 28.07.2026
Mobil nömrəyə çox pul verənlər nə düşünür? - Ekspert açıqladı
ATB rəhbərliyi Visa nümayəndə heyəti ilə görüş keçirdi - FOTOLAR
15:56 28.07.2026
ATB rəhbərliyi Visa nümayəndə heyəti ilə görüş keçirdi - FOTOLAR
"Sabah" üçün tarixi oyun: Saat neçədə, hansı telekanalda?
15:55 28.07.2026
"Sabah" üçün tarixi oyun: Saat neçədə, hansı telekanalda?
Ərdoğan həbs edilən Haluk Levent haqda danışdı: "Bu, tərbiyəsiz şəxslərin..."
15:46 28.07.2026
Ərdoğan həbs edilən Haluk Levent haqda danışdı: "Bu, tərbiyəsiz şəxslərin..."
Azərbaycanda bu şəxslərin maaşı artırılacaq
15:40 28.07.2026
Azərbaycanda bu şəxslərin maaşı artırılacaq
Unibank jurnalistlər üçün təlim təşkil etdi - FOTOLAR
15:37 28.07.2026
Unibank jurnalistlər üçün təlim təşkil etdi - FOTOLAR
Prezidentin yeni təyin etdiyi səfirlər kimlərdir? - Dosye
15:31 28.07.2026
Prezidentin yeni təyin etdiyi səfirlər kimlərdir? - Dosye
Motosiklet sürücülərinə xəbərdarlıq - Bunları bilməlisiniz
15:24 28.07.2026
Motosiklet sürücülərinə xəbərdarlıq - Bunları bilməlisiniz
Rəşad Məmmədov etimadnaməsini Şavkat Mirziyoyevə təqdim etdi
15:17 28.07.2026
Rəşad Məmmədov etimadnaməsini Şavkat Mirziyoyevə təqdim etdi
"İranın "Səhər" telekanalı ilə əməkdaşlıq edənlər məsuliyyətə cəlb edilməlidir" - Azər Həsrət
15:13 28.07.2026
"İranın "Səhər" telekanalı ilə əməkdaşlıq edənlər məsuliyyətə cəlb edilməlidir" - Azər Həsrət
Nigeriyada vəba epidemiyası: 14 nəfər öldü
14:38 28.07.2026
Nigeriyada vəba epidemiyası: 14 nəfər öldü