Toy günü gəlinlə bəy qarət olundu

Bütün Xəbərlər
23:09 23.11.2010
2161

 Naməlum kişi toyun əvvəlində Kamil Kərimov və Minayə Kərimovaya yaxınlaşaraq onların qızıl üzüklərini alıb. Həmin şəxs bildirib ki, üzükləri nikah mərasimi zamanı onlara təhvil verəcək. Onun sözünə inanan cütlük üzükləri həmin şəxsə verib. Naməlum şəxs üzükləri alaraq aradan çıxıb. Faktla bağlı Xətai RPİ-nin istintaq şöbəsində araşdırma aparıldıqdan sonra materiallar təhqiqat araşdırması üçün 37-ci polis bölməsinə göndərilib. Hazırda faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR