Toy karvanında avtoxuliqanlıq edən sürücü məsuliyyətə cəlb olundu

Toy karvanında avtoxuliqanlıq edən sürücü məsuliyyətə cəlb olundu
SOSİAL
14:24 24.10.2025
52
Göyçayda toy karvanında avtoxuliqanlıq edən sürücü məsuliyyətə cəlb olunub
 
AZXEBER.COM xəbər verir ki, Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı toy karvanında avtoxuliqanlıq edən sürücü C.Qafarov saxlanılıb. 

O, idarə etdiyi "VAZ-2106” markalı avtomobillə yol hərəkəti qaydalarını davamlı olaraq kobud şəkildə pozub və ictimai asayişin pozulmasına yönələn hərəkətlərə yol verib.

Məhkəmənin qərarı ilə C.Qafarov sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla barəsində intizam tədbiri görülüb.
OXŞAR XƏBƏRLƏR