'Toy Olsun' bağlandı: Ulvira və Elgiz ayrıldı

MEDİA
11:07 13.08.2012
4709
ANS-in ən reytinqli verilişi yayımdan qaldırıldı. 
AZXEBER.COM-un əldə etdiyi məlumata görə, yeni sezonda evlilik proqramlarının yayımına qadağa qoyulacaq. Bir neçə gün bundan öncə "Onun Yarısı" verilişinin bağlanması haqqında oxucularımıza ətraflı məlumat vermişdik. Digər bir evlilik proqramı olan və ANS-in ən reytinqli verilişi hesab olunun "Toy Olsun" verilişi də yayımdan qaldırılıb. 
Verilişin tanınmış aparıcıları Ulvira Qarayeva və Elgiz Əkbərin də bu verilişdən sonra yolları ayrılacaq. Belə ki, ANS-də başlayan yeni layihənin aparıcısı Ulvira Qarayeva olacaq və bu veriliş qadınlara həsr ediləcək. 
Qeyd edək ki, hər iki veriliş yayımlanmağa başladıqları ilk gündən cəmiyyətdə tənqidi fikirlərə səbəb olmuşdu.
OXŞAR XƏBƏRLƏR