"Toy olsun” verilişinin Ulvirası özündən yaşca çox kiçik birinə ərə getdi

"Toy olsun” verilişinin Ulvirası özündən yaşca çox kiçik birinə ərə getdi
ŞOU-BİZNES
09:48 31.10.2011
6098

ANS-in efirində yayımlanan “Toy olsun” verilişinin aparıcısı Ulvira Qarayeva ailə həyatı qurub.Aparıcı bildirib ki, həyat yoldaşı ondan yaşca kifayət qədər kiçikdir. Ulvira Qarayeva deyib ki, anası və qızı bu izdivaca qarşı olublar. Hətta anası Əsli xanım 3 həftə Ulviranı danışdırmayıb. Amma Tərlan adlı həyat yoldaşı elçilik məqamında onun anası və qızının razılığını ala bilib. Oktyabr ayının 29-da Tərlan və Ulviranın toy mərasimi olub. Ulvira Qarayeva həyat yoldaşı ilə ANS-də tanış olub. “Hər şey bir mahnıdan başladı” deyən U.Qarayeva evləndiyi şəxs barədə geniş məlumat verməyib.

Qeyd edək ki, Ulvira Qarayeva bundan öncə bir dəfə ailəqurub, ayrılıb. Həmin nikahdan12 yaşlı Zeynəb adında bir qızı var.

OXŞAR XƏBƏRLƏR