Toya getdi, evi yandı - VİDEO

Toya getdi, evi yandı - VİDEO
Bütün Xəbərlər
15:14 14.10.2014
663
Toya gedən İmişli sakinin evini yandırdılar. Hadisə rayonun Bəhrəmtəpə qəsəbəsində 4 otaqlı fərdi yaşayış evində qeydə alınıb. Rabil Abbasova məxsus ev içindəki əşyalarla birlikdə yanaraq kül olub.ANS TV-nin məlumatına görə, ilkin araşdırmalar zamanı evin elektrik və ya qaz sızmasından deyil, yandırıldığı müəyyənləşdirilib.Yanğın zamanı ev sahibləri qohumlarının toy mərasimində olublar. Evlərinin yandığını eşidən ev sahibləri dərhal geri qayıdıblar. Ev sahibi Rabil Abbasov yanan evdə qardaşı ilə birgə yaşadıqlarını deyir. Onun sözlərinə görə, evi yandıran Elşən Tağıyevlə qardaşı ilə aralarında ziddiyyət olub.Bu barədə FHN İmişli Yanğından Mühafizə Xidmətinə məlumat verilib. Dərhal hadisə yerinə 2 yanğınsöndürən maşın cəlb edilib. Alovun ətrafdakı evlərə keçməsinin qarşısı alınıb. Amma Rabil Abbasovun 135 kvadratmetrlik ev içindəki əşyalarla birlikdə yanaraq kül olub. Yanğının qəsdən törədildiyindən şübhəlnən ev sahibi Rahilə Abbasova rayon Rolis İdarəsinə müraciət edib. Polis tərəfindən dərhal əməliyyat- axtarış tədbirləri həyata keçirilib.Polis şöbəsinə şübhəli şəxs qismində saxlanılan Elşən Tağıyev törətdiyi cinayəti etiraf edib. O evi qaz bolonu ilə yandırdığını və bu əməlindən peşman olmadığını bidirib.Faktla bağlı İmişli rayon Polis İdarəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR