Toya hazırlaşan gənc qızın faciəvi ölüm - SƏBƏBİ - ÖZƏL

Toya hazırlaşan gənc qızın faciəvi ölüm - SƏBƏBİ - ÖZƏL
Bütün Xəbərlər
12:50 18.05.2015
13262
17 may günündə Siyəzəndə yaşadığımız acı anlar haqqında:
Materialı AZXEBER.COM-a bəyin dostu Ramil İsayev göndırib.
Hər şey qardaşımın evində başladı. Vüqar, mən və qardaşım Rasim nahar edirdik. Vüqar subay idi. Nəsə söhbət toy etməkdən düşdü. Vüqara sual verdik, axı nə vaxt tərpənirsən? Vüqar gülümsədi. Dedi hələ subayçılıq yaxşıdı. Az sonra çay süfrəsi zamanı evdə olan şəkillərə baxmağa başladıq. Vüqarın gözü bir qızı gördü. Hiss etdim ki, nəsə qığılcım keçdi gözlərindən. Soruşdu bu qız kimdi? Qızın adı Nilufər idi. Rasimin həyat yoldaşının iş yoldaşı idi. İnternatda dərs deyirdi. Vüqar qızın subay və ya evli olması ilə maraqlandı. 
Deyəsən “torbada pişik var idi”. Qız subay idi. O gündən yaxın insanlar bu iki gəncin qovuşması üçün səy göstərməyə başladılar. Allahın izni ilə hər şey yaxşı alınmağa başlamışdı. Qızla oğlan bir birinə uyğun gəldilər, qız evi öz razılığını verdi. Hamımız sevinirdik. Vüqar da çox xoşbəxt görünürdü. O, xoşbəxtliyə layiq oğlandır. Bayram günləri oğlan evi qız evinə qonaq gedər, Vüqar isə Bakıdan gələn kimi tez-tələsik nişanlısını görməyə gedərdi. Hamı artıq bu iki gəncin bir-birini nə qədər çox sevməsindən danışırdı. 
Toylarının günü də artıq müəyyən edilmişdir. Oktyabr ayında. Hamımız bu günü səbrsizliklə gözləməyə başlamışdıq. Ancaq sən saydığını say, gör fələk nə sayır. 17 may günü qara gəldi!
Vüqarla səhər zəngləşdik. Sevincli idi. Dedi nişanlımı və evdəkiləri pirə göndərmişəm. Görüşdük. Qubaya qonaq çağırmışdılar bizi. Vüqar Nilufərlə bir saatdan bir danışırdı. Hələ pirdə idilər. Qubaya çatdıq, məclisin gözəl anları idi. Vüqar hey sevinir, planları haqqında danışırdı. Toy haqqında da düşdü söhbət. Dedi “bəy başı”nı burada, Qubanın İsnov kəndində keçirərik. Və birdən mənə zəng gəldi...Götürdüm. Qonşumuz Məcid idi. Dedi Ramil Vüqar yanındadı? Hə cavabanı verdim. 
Dedi aralan ondan. Deyəsən nəsə olmuşdu. Dedim nə olub axı..Cavab məni bir anlıq dəli etdi. Gözlərim qaraldı. Nilufər, Vüqarın nişanlısı rəhmətə gedib. Vüqarı Siyəzənə gətirin. Özüm şokdayam. Vüqara bunu necə deyəcəm? Uşağlara bu xəbəri gizlincə çatdırmağı özümdə qüvvət tapdım. Hamının sevincli üz cizgiləri kədərlə əvəzlənmişdi. Vüqara Siyəzənə getməli olduğumuzu dedik. Səbəbini soruşduqda dedik nəsə olub rayonda. 
Axı güc-bəla ilə yola çıxdıq. Vüqar qonşulara zəng edir, hamı da gizlətməyə çalışırdı bu dəhşət hadisəni. Maşında güclə onu sakitləşdiririk. Atasına zəng etdi. Atası dedi ölüm itim var tez gəl. Bu sözdən sonra Vüqar lap çıxdı özündən. Ölən insan kimdir axı??! Biz də bilmədiyimizi deyirdik. Axı güc-bəla ilə rayona çatdıq. Və...Xəstəxanın qabağı insanlarla dolu idi. Hamı ağlayırdı. Vüqar orada bildi ki, onun nişanlısını maşın vurub. Nilufər dünyasını dəyişib. Hönkürtü ilə ağlamağa başladı. Vüqarı sakitləşdirir, təsəlli verməyə çalışırdıq. Ancaq nə fayda? Bu olanları heç düşmənə də arzulamaram. Axı bu nə hadisə idi, aman Allah.
Gənc qız köçdü həyatdan. Vüqarla planlaşdırdıqları hər şey yarımçıq qaldı! Gözlərim yaşla dola-dola yazıram bunları. Vüqar mənim ən yaxın dostlarımdan biridir. Gecə torpağa basdırdıq Nilufəri. Qəbri qazıyanlar deyirdi ki, biz hələ belə rahatlıqla qəbir qazımamışıq. Torpaq sanki pambıq idi. Vüqar isə bir iki saatın içində ərimişdi sanki... Yaza bilmirəm daha! Vüqar, Allahdan sənə səbr diləyirəm! Həyat davam edir. Nilufərin məkanı cənnətdi İnşAllah. Valideynlərinə və yaxınlarına da səbr diləyirəm. Nə etmək olar?...Həyat amansızdı. Bilmək olmur bir saniyədən sonra nə gələcək başımıza. Bu qədər....
Qeyd edək ki, Siyəzən rayonunda nişanlı qızın maşın vurması nəticəsində vəfat etməsi xəbərini vermişdik. 
OXŞAR XƏBƏRLƏR