5 gün əvvəl Bakıda toyda bıçaqlanan məşhur tamada Natiq Dağlaroğlundan xəbər var.
AZXEBER.COM xəbər verir ki, zərərçəkənin oğlu Məhəmməd atasının son vəziyyəti ilə bağlı Milli.Az-a açıqlama verib:
"Atamın vəziyyəti indi yaxşılığa doğru gedir. Bir az yaraları bizi narahat edir. Şəkəri yüksək olduğu üçün yaralar gec bitişir. Hətta dünən şəkəri 360-a qalxmışdı, atam komaya düşmüşdü. İndi hər şey qaydasındadır, şükür. Artıq sabah atamı klinikadan evə çıxardırıq".