“Toyda içib bir-birini öpürlər, camaat isə ölüsünə ağlaya bilmir” - Yaslara nə vaxt icazə veriləcək?

“Toyda içib bir-birini öpürlər, camaat isə ölüsünə ağlaya bilmir” - Yaslara nə vaxt icazə veriləcək?
SOSİAL
15:35 26.01.2022
2055

Azərbaycanda toylarda qonaq sayı üçün mövcud olan 150 nəfərlik limit, 250-300-ə qədər qaldırılması müzakirə olunsa da, yaslardan hələ də xəbər yoxdur.

Toy bazarının bir neçə iştirakçısı iddia edir ki, mövcud məhdudiyyət fevral ayından sonra artırıla bilər. Hazırda toylarla bağlı qaydalara əsasən, toyların yalnız 150 nəfərədək keçirilməsinə icazə verilir.

Sözügedən informasiya sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Belə ki, toyların, nişanların keçirilməsinə icazə verilsə də, Nazirlər Kabineti yanında Operativ Qərargah 14 mart 2020-ci ildəki qərarına əsasən dəfn mərasimləri istisna olmaqla, mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin keçirilməsi hələ də qadağandır.

AZXEBER.COM-a açıqlama verən ilahiyyatçı Hacı Təyyar yasların da, toylar kimi eyni şərtlərlə keçirilə biləcəyini deyib. O, mövcud qadağanın yaxınlarını itirən insanları çox incitdiyini bildirib:

"Bir neçə ay öncə bildirmişdilər ki, müəyyən məhdudiyyətlərlə yas mərasimləri təşkil olunacaq. İnsanlar bu dəqiqə bu problemdən ciddi əziyyət çəkirlər. Bu isə tamamilə məntiqsizdir. Pandemiyanı, karantin qaydalarını gözləməklə yas mərasimlərinin də keçirilməsi mümkündür. Quranda da bildirilir ki, təhlükəyə tərəf getməyin, yəni insanlar karantin üçün tətbiq olunan bütün qaydaları toyda da, yasda da, başqa yerlərdə də eyni riayət etməlidir. Toy ilə müqayisədə yaslar daha ağıllı keçirilir. Çünki toylarda insanlar içir, nə etdiklərini bilmirlər, gedib bir-birlərini qucaqlayıb, öpürlər. Məlum məsələdir ki, spirtli içki qəbul edən insana məsafəli əyləş deyə qayda qoymaq mümkün olmaz. Yas mərasimlərində isə tamamilə fərqlidir, əksinə insanlar burada duyğulu olur. Xüsusən də yaxınları koronavirusdan dünyasını dəyişən insanlarda bu virus fobiya kimi qalır. Mən düşünürəm ki, bu insanlar yasda iştirak etsələr, karantin qaydalarına daha çox əməl etmiş olarlar”.

İlahiyyatçının sözlərinə görə, yaslara ilkin başlanğıcda 50 nəfərin iştirakı ilə icazə vermək olar:

"Mənim təklifim bu olardı ki, yas mərasimlərinə də heç olmasa, 50 nəfərin iştirakı ilə icazə verilsin. Tibbi maska, spirt və sosial məsafəni gözləyərək insanlar öz yaxınlarının yas mərasimində iştirak etsinlər. Mən dəfələrlə insanların bu mövzuya həssas yanaşdığının şahidi olmuşam. Çünki insanlar da öz yaxınları üçün bir mərasim təşkil edib, son dəfə ölüləri üçün ağlamaq istəyirlər. Toy mərasimlərində olduğu kimi yas mərasimlərində də polis nəzarəti altında vaksin pasportları yoxlanılsın və bu mərasimlər də təşkil olunsun.”

Ayşən Mirzəyeva

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bütün köhnə avtobuslar yenilənəcək
11:55 28.10.2026
Bütün köhnə avtobuslar yenilənəcək
PAŞA Bank “Miles&Smiles PASHA Bank” kart sahibləri üçün yeni bonus mil proqramına start verib
11:33 28.10.2026
PAŞA Bank “Miles&Smiles PASHA Bank” kart sahibləri üçün yeni bonus mil proqramına start verib
Məktəblinin faciəvi ölümü ilə bağlı BŞTİ-dən AÇIQLAMA
11:31 28.10.2026
Məktəblinin faciəvi ölümü ilə bağlı BŞTİ-dən AÇIQLAMA
Azərbaycanda satılan çerri pomidorlar təhlükəlidirmi? - Ekspert açıqladı
11:12 28.10.2026
Azərbaycanda satılan çerri pomidorlar təhlükəlidirmi? - Ekspert açıqladı
İlham Əliyev Çexiya Prezidentinə təbrik məktubu ünvanlayıb
11:10 28.10.2026
İlham Əliyev Çexiya Prezidentinə təbrik məktubu ünvanlayıb
Qətər rəsmisi: Korrupsionerlər qanunsuz əldə etdikləri əmlakdan məhrum edilməlidir
11:07 28.10.2026
Qətər rəsmisi: Korrupsionerlər qanunsuz əldə etdikləri əmlakdan məhrum edilməlidir
"Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir" - İlham Əliyev
11:00 28.10.2026
"Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir" - İlham Əliyev
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
10:59 28.10.2026
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
"Güclü siyasi iradə korrupsiyaya qarşı mübarizənin əsas şərtidir"
10:52 28.10.2026
"Güclü siyasi iradə korrupsiyaya qarşı mübarizənin əsas şərtidir"
"İşğal dövründə qanunsuz gəlirlər beynəlxalq maliyyə kanalları vasitəsilə leqallaşdırılıb"
10:46 28.10.2026
"İşğal dövründə qanunsuz gəlirlər beynəlxalq maliyyə kanalları vasitəsilə leqallaşdırılıb"
Kamran Əliyev: Korrupsiya hamımızın üzləşdiyi ortaq problemdir
10:45 28.10.2026
Kamran Əliyev: Korrupsiya hamımızın üzləşdiyi ortaq problemdir
İlham Əliyev İƏT ölkələri korrupsiya orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət ünvanlayıb
10:29 28.10.2026
İlham Əliyev İƏT ölkələri korrupsiya orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət ünvanlayıb
Telefondan istifadə edən sürücülər necə cərimələnəcək?
10:25 28.10.2026
Telefondan istifadə edən sürücülər necə cərimələnəcək?
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
10:19 28.10.2026
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
1708-ci gün: Rusiyanın itkiləri yeniləndi
09:46 28.10.2026
1708-ci gün: Rusiyanın itkiləri yeniləndi
Akif Beybutov vəfat etdi - FOTO
09:37 28.10.2026
Akif Beybutov vəfat etdi - FOTO