Toydan çıxıb rayona gedirdilər - Qobustandakı qəzanın təfərrüatı

SOSİAL
11:11 03.11.2019
8106
Qobustanda baş verən qəzada ölən və xəsarət alanların şəxsiyyəti bəlli olub.

AZXEBER.COM qafqazinfo-ya istinadən xəbər verir ki, xəsarət alanların sözlərinə görə, gecə saat 12 radələrində Bakıda keçirilən toy mərasimindən​ çıxaraq, Balakən rayonuna getmək üçün yola düşüblər. Onları daşıyan "Mercedes Vito" markalı mikroavtobus Qobustan rayonu ərazisində dairəyə dəyərək aşıb.

Qəza nəticəsində sürücü,​ Balakən rayon​ sakini 1986-cı il təvəllüdlü Hetayev Nurəddin Hacı oğlu və sərnişin 1968-ci il təvəllüdlü Papaxov Paşa Şəhmir oğlu hadisə yerində dünyasını dəyişib.

Avtomobildə sərnişin qismində olaraq xəsarət alanlar, Balakən rayon sakinləri - 1960-cı il təvəllüdlü Zirnixova Əsiyyət Süleyman qızı, 1960-cı il təvəllüdlü Qoqayeva Pirdas Şaban qızı, 1963-cü il təvəllüdlü Əsdiyev Hacıyev Şəhmir oğlu, 1962-ci il təvəllüdlü Kahayev Heybullah İsa oğlu , 1985-ci il təvəllüdlü Əhmədov Rəsul Heybullah oğludur.

OXŞAR XƏBƏRLƏR