Toydan qayıdan ailə dəhşətli qəzaya düşdü: 4 ölü, 5 yaralı

Toydan qayıdan ailə dəhşətli qəzaya düşdü: 4 ölü, 5 yaralı
Bütün Xəbərlər
10:43 08.09.2011
1602
Sentyabrın 8-nə keçən gecə Bakıda dəhşətli yol qəzası baş verib. Sabunçu Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Maştağa kəndinə gedən yolda, Zabrat qəsəbəsi ərazisində Əliyev Elsevər Fəxrəddin oğlunun idarə etdiyi “VAZ-2106” qarşı tərəfdən gələn və Musayev Yolçu Məhəmməd oğlunun sürdüyü digər “VAZ-2106” ilə toqquşub. Nəticədə hər iki sürücü, həmçinin Y.Musayevin sərnişinləri - qızı Fatma, oğlu İbadət hadisə yerində ölüb. Y. Musayevin digər sərnişinləri və ailə üzvləri Rüfət Musayev, Rəşad Musayev, Xeyransa Musayeva, Fəridə Musayeva və E. Əliyevin sərnişini - həyat yoldaşı Gülnarə Əliyeva ağır vəziyyətdə 3 saylı Şəhər klinik Xəstəxanasına çatdırılıblar. Məlumatda bildirilir ki, Musayevlər ailəsi toy mərasimindən qayıdırmış. Faktla əlaqədar cinayət işi başlanıb, araşdırmalar aparılır.
OXŞAR XƏBƏRLƏR