Toydan qayıdarkən qəzaya düşən şəxs ÜÇ GÜN SONRA ÖLDÜ

Toydan qayıdarkən qəzaya düşən şəxs ÜÇ GÜN SONRA ÖLDÜ
SOSİAL
12:25 13.09.2025
359
Yevlax rayonunda avtoqəza nəticəsində xəsarət alan şəxs ölüb.

AZXEBER.COM xəbər verir ki, rayonun Salahlı kəndində keçirilən toy məclisindən qayıdan zaman Hürüuşağı kəndi yaxınlığında aşaraq su arxına düşən "İnfinti" markalı maşında ağır xəsarətlər alan sərnişin, 1979-cu il təvəllüdlü Xalid Ələkbərov həkimlərin səylərinə baxmayaraq, xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, hadisə zamanı üç nəfər yaralanmışdı.

Faktla bağlı araşdırma aparılır.
 
 
///Oxu.Az
OXŞAR XƏBƏRLƏR