Toylarına 5 gün qalmış qəzaya düşdülər

Toylarına 5 gün qalmış qəzaya düşdülər
Bütün Xəbərlər
12:53 20.10.2011
2179
Xaçmaz rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Xaçmaz rayon sakini, 1988-ci il təvəllüdlü Elvin Zülfüqarov idarə etdiyi 90 KB 037 dövlət nömrə nişanlı “VAZ 2107” markalı avtomobil əks istiqamətdə hərəkət edən, Xaçmazın Ağçay kənd sakini 1983-cü il təvəllüdlü Qubat Əsgərovun idarə etdiyi 50 BK 556 dövlət nömrə nişanlı “VAZ 21011” markalı nəqliyyat vasitəsinə çırpılıb. Toqquşmadan sonra “VAZ 2107” dərəyə yuvarlanıb. Qəza nəticəsində iki avtomobildə olan 3 nəfər müxtəlif bədən xəsarəti alıb. Lent.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, “VAZ 2107” markalı avtomobilin sürücüsü Elvin Zülfüqarov və nişanlısı 1993-cü il təvəllüdlü Naida Teymurova xəsarət alıblar. Naida Teymurovaya hər iki qasıq sümüyünün qapalı sınığı diaqnozu, Elvin Zülfüqarova isə sol bud sümüyünün sınığı diaqnozu qoyulub. Qeyd edək ki, Naida və Elvin nişanlıdır. Oktyabrın 25-də onların toy mərasimlərinin keçirilməsi planlaşdırılıb. Həkimlərin diaqnozu və təyin olunan müalicəyə görə isə sevgililər ən azı 1 ay sonra evlənə biləcəklər. “VAZ 21011”-in sürücüsü Qubat Əsgərov isə müxtəlif bədən xəsarətləri alıb.
OXŞAR XƏBƏRLƏR