"Elə insanlar var ki, toyuna gəlməyən şəxslərə zəng edir, deyir ki, kart nömrəmi atıram, pulumu qaytar, mənim sənə borcum yoxdur! Amma məndə əsla belə bir şey ola bilməz, heç vaxt bunu etmərəm".
AZXEBER.COM xəbər verir ki, bu sözləri müğənni Tacir Şahmalıoğlu "Günə uğurla" verilişində deyib.
Sənətçi oğlunun toyunda yaşadığı hisslərdən danışıb:
"Elə insanlar var ki, toyuna gəlməyən şəxslərə zəng edir, deyir ki, kart nömrəmi atıram, pulumu qaytar, mənim sənə borcum yoxdur! Amma məndə əsla belə bir şey ola bilməz, heç vaxt bunu etmərəm. Gəlməyənlərin də canı sağ olsun, hər şey qarşılıqlıdır. Bu gün mənim başıma gələn, sabah onun da başına gələcək. Allah belə xoş işləri hamının başına gətirsin. Mən də onun toyuna getməyəcəyəm".
Sənətçi bildirib ki, oğlunun toyunda elə insanlar olub ki, onları dəvət etməyi unudub:
"Bəlkə yüz nəfər insan mənə yaxınlaşıb deyib ki, niyə bizi toya dəvət etməmisən? Onda adam utanır. Olub ki, çox yaxın tanıdığım insanları da unutmuşam. Bu məndən asılı bir şey deyildi, adamın başı qarışır".
Aysel











































