Toyuna iki gün qalmış itkin düşən bəydən xəbər var – FOTO

Toyuna iki gün qalmış itkin düşən bəydən xəbər var – FOTO
Bütün Xəbərlər
18:10 20.10.2015
9848
Faktla bağlı araşdırma aparılır.
Müəmmalı şəkildə itkin düşən Qəbələ rayon sakininin sağ olduğu məlum olub.
AZXEBER.COM  xəbər verir ki, APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Soltannuxa kənd sakini, 1984-cü il təvəllüdlü Hətəmov Ramil Əhməd oğlu oktyabrın 1-də yaşadığı evdən çıxaraq Qəbələ şəhərinə gedib və bir daha geri qayıtmayıb.
Atası Əhməd Hətəmov bildirib ki, Ramil Hətəmov bankomatdan pul götürmək və xarab olan mobil telefonunu düzəltdirmək üçün rayon mərkəzinə gedib və özünün toy mərasiminə hazırlıq üçün müəyyən işlər görəcəyini bildirib.
Heç bir əqli və psixoloji problemi olmayan Ramil Hətəmovun itkin düşməsi barədə ailə üzvləri Qəbələ rayon Polis Şöbəsinə məlumat veriblər. İyirmi gündür ki, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən onun tapılması üçün axtarış tədbirləri görülsə də, hələ ki, bir nəticə əldə edilməyib.
Bu gün isə Hətəmovlar ailəsinə onun sağ olması barədə məlumat verilib. Əhməd Hətəmov deyib ki, ailənin yaxın qohumu oğlunu bu gün səhər saatlarında Bakı şəhərində, “Əhmədli” metrosunda gördüyünü bildirib.
O, görüşmək üçün Ramilə yaxınlaşsa da, onun qaçaraq ərazini tərk etdiyini bildirib.
Ə. Hətəmov oğlunun onu aldatdığını deyib:
“Toydan sonra Bakıdakı evində yaşayacaqdı. Oğlum mənə dedi ki, neçə vaxtdır ki, guya Bakıdakı evdə təmir işləri görülüb, işlər başa çatdırılıb. Sonradan gedib gördüm ki, evdə heç bir təmir işləri görülməyib. Ailənin toy mərasiminə hazırlaşdığı bir vaxtda onun gözlənilmədən qaçıb gizlənməsi hamını şoka salıb”.
Ramilin qonşuları Saleh Ağadaşov və Şahin Əlifov da onun heç kimlə şəxsi probleminin olmadığını, sakit təbiətli bir insan olduğunu bildiriblər.
Ramil Hətəmovun toy mərasimi oktyabrın 3-nə təyin olunubmuş. Ötən ay isə onun nişanlısının toy mərasimi olub.
Əhməd Hətəmov oğlunun qazancının yaxşı olduğunu, heç kimə borcunun və heç kimlə şəxsi ədavətinin olmadığını bildirib.
Faktla bağlı Qəbələ rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ölkədə yoluxucu xəstəliklərlə bağlı vəziyyət necədir? - RƏSMİ
15:15 04.08.2025
Ölkədə yoluxucu xəstəliklərlə bağlı vəziyyət necədir? - RƏSMİ
Dilarə Kazımova parlamaq istəyən xanımlara mahnı həsr etdi - VİDEO
15:14 04.08.2025
Dilarə Kazımova parlamaq istəyən xanımlara mahnı həsr etdi - VİDEO
AHİK-in “Abşeron” mədə-bağırsaq təyinatlı sanatoriyasına mediatur təşkil olunub
15:09 04.08.2025
AHİK-in “Abşeron” mədə-bağırsaq təyinatlı sanatoriyasına mediatur təşkil olunub
Ziya Ağa ikinci böyük teatr layihəsinə start verdi
14:41 04.08.2025
Ziya Ağa ikinci böyük teatr layihəsinə start verdi
İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladı
14:29 04.08.2025
İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladı
"Biz uşağı deyil, valideynləri qınamalıyıq ki,... - Sosioloq Sabirabadda yayılan videodan DANIŞDI
14:24 04.08.2025
"Biz uşağı deyil, valideynləri qınamalıyıq ki,... - Sosioloq Sabirabadda yayılan videodan DANIŞDI
Çempionlar Liqası: "Qarabağ"ın pley-offdakı mümkün rəqibləri bəlli olub
14:17 04.08.2025
Çempionlar Liqası: "Qarabağ"ın pley-offdakı mümkün rəqibləri bəlli olub
"Elçinin xidmətləri heç vaxt unudulmayacaq" - Bahar Muradova - VİDEO
14:08 04.08.2025
"Elçinin xidmətləri heç vaxt unudulmayacaq" - Bahar Muradova - VİDEO
Peskov: Kreml ABŞ ilə nüvə təhdidləri barədə müzakirələrə cəlb olunmaq istəmir
13:58 04.08.2025
Peskov: Kreml ABŞ ilə nüvə təhdidləri barədə müzakirələrə cəlb olunmaq istəmir
Peskov Putin və Uitkoffun bu həftə görüşəcəyini istisna etməyib
13:47 04.08.2025
Peskov Putin və Uitkoffun bu həftə görüşəcəyini istisna etməyib
Bu şəxslər xaricdə dövlət hesabına təhsil alacaq
13:27 04.08.2025
Bu şəxslər xaricdə dövlət hesabına təhsil alacaq
Serbiyada çevriliş cəhdi iddiası ölkəni alt-üst etdi - Xalq aksiyalara başladı
13:20 04.08.2025
Serbiyada çevriliş cəhdi iddiası ölkəni alt-üst etdi - Xalq aksiyalara başladı
Dövlət rəsmiləri Elçin Əfəndiyevlə vida mərasimində - VİDEO
13:06 04.08.2025
Dövlət rəsmiləri Elçin Əfəndiyevlə vida mərasimində - VİDEO
Tarixdə bu gün - 4 avqust nə günüdür?
12:58 04.08.2025
Tarixdə bu gün - 4 avqust nə günüdür?
EFSE Bank Respublika-ya 15 milyon avro məbləğində kredit ayırıb
12:54 04.08.2025
EFSE Bank Respublika-ya 15 milyon avro məbləğində kredit ayırıb
Ərdoğan Ukraynaya səfər edəcək
12:51 04.08.2025
Ərdoğan Ukraynaya səfər edəcək