Toyuq alanda iki dəfə düşünün

Toyuq alanda iki dəfə düşünün
MARAQLI
08:23 07.10.2026
65
Marketdən və ya qəssabdan toyuq əti alarkən yalnız rənginə və son istifadə tarixinə baxırsınızsa, böyük səhvə yol verirsiniz. Mütəxəssislər toyuq döş ətinin üzərindəki paralel ağ xətt və cizgilərin əslində sağlam olmayan bir vəziyyətdən xəbər verdiyini bildirirlər.

Çoxlarının "keyfiyyətli" və ya "yağsız" hesab edərək seçdiyi toyuq döşlərinin üzərindəki incə ağ xəttlər əslində əzələ toxumasındakı ciddi bir qüsurun göstəricisidir. Toyuqların qısa müddətdə həddindən artıq sürətlə böyüdülməsi əzələ liflərinin quruluşunu pozaraq toxumanın yağ və birləşdirici toxuma ilə örtülməsinə səbəb olur. Cizgilər artdıqca ətin təbiiliyi və qida dəyəri azalır.

Yağ nisbəti yüksəlir, bişərkən sərtləşir
Araşdırmalar göstərir ki, sıx ağ cizgilərə malik toyuq ətləri sağlam ətlərlə müqayisədə yüzdə 224 daha çox yağ ehtiva edir. Protein dəyəri aşağı olan bu ətlər bişirilərkən suyunu itirərək sərtləşir. Diyet və ya idmançı qidalanmasında "yağsız protein" məqsədilə yeyilən bu məhsullar orqanizmə yüksək miqdarda doymuş yağ daxil olmasına səbəb olur.

Sağlam toyuq əti necə seçilməlidir?
Ətin üzərində paralel ağ xəttlərin olmadığı, hamar və çəhrayı görünən toyuq döşləri seçilməlidir.

Ətə barmaqla toxunduqda elastik olmalıdır.

Üzərində bu cizgilitoxumalar olan ətlərdən uzaq durmaq lazımdır.

///milli.az///
OXŞAR XƏBƏRLƏR