Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2012/2013-cü tədris ilində rayon (şəhər) təhsil şöbələri nəzdində fəaliyyət göstərən psixoloji-tibbi-pedaqoji komissiyaları tərəfindən tam və ümumi orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarından azad edilmiş sağlamlıq imkanları məhdud olan şagirdlərin siyahısını açıqlayıb.
TQDK-nın mətbuat xidmətindən verilən xəbərə görə, həmin şagirdlərin adı, məktəbi, iş nömrələri komissiyanın internet saytında yerləşdirilib. İyunun 4-dək komissiyaya buraxılış imtahanlarından azad edilən 651 şagird barədə məlumatlar təqdim olunub.