TQDK-dan imtahana hazırlaşanlara müraciət

TQDK-dan imtahana hazırlaşanlara müraciət
Bütün Xəbərlər
11:05 15.04.2015
997
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası rezidenturaya qəbul olmaq istəyən namizədlərə müraciət edib.
TQDK-dan AZXEBER.COM-a verilən məlumata görə, Dövlət sifarişi əsasında rezidenturada təhsil almış şəxslər rezidenturanı bitirdikdən sonra əmək fəaliyyətini 3 il müddətində Səhiyyə Nazirliyinin göndərişi ilə dövlət səhiyyə müəssisələrində davam etdirməlidirlər.
Bu Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”na əsasən həyata keçeirilir.
Qeyd edək ki, ali təhsil müəssisələrinin tibb ixtisaslarının rezidentura səviyyəsinə qəbul imtahanının 1-ci mərhələsi martın 15-də baş tutub. İkinci mərhələ isə iyulun 7-də keçiriləcək.
OXŞAR XƏBƏRLƏR