TQDK-dan rus bölməsi abituriyentlərinə təcili xəbər

GƏNCLİK
07:01 17.05.2011
2252

TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, elektron ərizəsini Sənəd Qəbulu Komissiyasında bu gün saat 14:00-dək təsdiq etdirən rus bölməsinin abituriyentləri mayın 22-də keçiriləcək Azərbaycan dili imtahanında iştirak edə biləcəklər.

Qeyd edək ki, TQDK bundan əvvəl rus bölməsi üzrə Azərbaycan dili imtahanının birincisində iştirak etmək istəyənlər üçün ərizə təsdiqinin son gününü 16 may təyin etmişdi.

 

OXŞAR XƏBƏRLƏR