TQDK-dan tələbə adını qazananlara xəbərdarlıq

TQDK-dan tələbə adını qazananlara xəbərdarlıq
Bütün Xəbərlər
11:50 19.08.2013
2750

2013-2014-cü tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olan abituriyentlər avqustun 20-dən 29-dək qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər.

Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin (TQDK) mətbuat xidmətindən verilən məlumata görə, abituriyent qeydiyyat üçün tələb olunan sənədlərin siyahısını qəbul olduğu ali təhsil müəssisəsindən öyrənməlidir. 

 Qeyd olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək. 

 

OXŞAR XƏBƏRLƏR