II və III ixtisas qrupları üçün qəbul imtahanları keçirilib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası mayın 17-də II və III ixtisas qruplarının abituriyentləri (əvvəlki illərin məzunları) üçün keçirilən qəbul imtahanlarında istifadə edilən sualların düzgün cavablarını açıqlayıb.
TQDK-dan AZXEBER.COM-a verilən məlumata görə, imtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda TQDK-nın internet saytında və Facebook səhifəsində yerləşdirilib.
İmtahan vermiş abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri TQDK-nın internet saytında yerləşdiriləcək.
Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə biləcəklər.
Azərbaycan bölməsi - II qruphttps://eservices.tqdk.gov.az/exam/2015/a2_17m.htm
Azərbaycan bölməsi - III qruphttps://eservices.tqdk.gov.az/exam/2015/a3_17m.htm
Rus bölməsi - II qruphttps://eservices.tqdk.gov.az/exam/2015/r2_17m.htm
Rus bölməsi - III qruphttps://eservices.tqdk.gov.az/exam/2015/r3_17m.htm