TQDK ekspert axtarır

TQDK ekspert axtarır
Bütün Xəbərlər
16:27 06.02.2014
783

Ekspert-markerlər sual kitabçalarını meyarlar əsasında qiymətləndirir

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) yazı işlərinin yoxlanılması üçün regionlardan olan ekspert-markerlərin seçilməsi və onlarla treninqlər keçirilməsi prosesinə başlayıb.
TQDK-nın mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, ilkin olaraq komissiyanın 5 regional bölməsində - Naxçıvan, Gəncə, Şəki, Lənkəran və Göyçay orta məktəblərin Azərbaycan dili və riyaziyyat müəllimləri bu prosesə cəlb olunub. İştirakçı müəllimlər kompüter arxasında əyləşərək hazırlanmış xüsusi proqramda ona təklif olunan sual kitabçalarını meyarlar əsasında qiymətləndirir.
Müəllimin verdiyi qiymətlər həmin meyarlar əsasında əvvəlcədən çıxarılmış etalon qiymətlərlə tutuşdurulur. Bundan sonra videobağlantı vasitəsi ilə region müəllimləri ilə müzakirə aparılır, onlarda yaranan suallar araşdırılır və izah olunur.
OXŞAR XƏBƏRLƏR