TQDK “Eurovision” ərəfəsində Bakıda imtahan keçirməyəcək
GƏNCLİK
16:44 08.03.2012
2769
Tələbə Qəbulu üzrə Dövlət Komitəsi (TQDK) martın 20-də ali məktəb, peşə məktəblərinə keçiriləcək qəbul imtahanlarının qrafikini açıqlayacaq. TQDK sədri Məleykə Abbaszadə bildirib ki, qrafik elə şəkildə tərtib olunacaq ki, qəbul imtahanları “Eurovision”un keçiriləcəyi günlərlə üs-üstə düşməsin. “Aprel ayından biz ali məktəblərə sınaq imtahanlarının keçirilməsinə başlayacağıq. May ayından isə bu imtahanlar elə günlərə salınacaq ki, bu günlərdə paytaxtımızda “Eurovision”ın yarımfinal və final mərhələsi keçirilməsin”, - deyə Məleykə Abbaszadə bildirib.