Abituriyentlər TQDK-nın rəsmi internet saytından "İmtahana buraxılış vərəqi"ni çap edə bilərlər.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən verilən xəbərə görə, Azərbaycanda ali məktəblərin II ixtisas qrupu üzrə imtahana buraxılış vərəqələrinin verilməsinə başlanılıb.
Qeyd edək ki, ali məktəblərin II ixtisas qrupu üzrə imtahanı avqustun 4-də keçiriləcək.