Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün növbəti SAT imtahanını keçirir.
AZXEBER.COM TQDK-ya istinadən bildirir ki, imtahan saat 8.30-da TQDK-nın Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1A (xəritəyə keçid) ünvanında yerləşən inzibati binasında təşkil olunub.
İmtahanın müddəti 3 saat 45 dəqiqədir (fasilələrsiz).
TQDK tərəfindən növbəti SAT imtahanının iyunun 6-da keçirilməsi nəzərdə tutulur. Bu imtahanda iştirak etmək istəyənlərin qeydiyyatı artıq başlayıb və may ayının 9-u saat 9:00-dək davam edəcək. Qeydiyyatla bağlı ətraflı məlumatı https://tqdk.gov.az/en/international-partnerships/sat linkindən əldə etmək olar.