Yasamal rayonunda yerləşən 53 saylı məktəbdə qalmaqal baş verib.AZXEBER.COM-un verdiyi xəbərə görə, bu barədə "Facebook" sosial şəbəkəsində məlumat yayılıb.Yayılan məlumata görə, imtahan vaxtı məktəbdə olan TQDK nümayəndələri 11-ci sinifdə bir qızın məktəbə hicabla gəlməsinə etiraz edərək açmasını tələb ediblər. Hicablı şagirdin bunu etməməsi narazılıqla qarşılanıb və sonra sinfin oğlanları yığılaraq TQDK nümayəndələrini döyüblər.TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bu hadisəni təkzib edir. Qurum sözçüsünün ANS PRESS-ə verdiyi məlumata görə, məktəbin 11 sinfində imtahan vaxtı şagirdlər intizamsızlıq nümayiş etdirilib: