“Bakalavrın imtahana buraxılış vərəqi”ni çap edə bilərlər
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası magistraturaya qəbul imtahanında iştirak edəcək bakalavrlara müraciət edib. AZXEBER.COM-un məlumatına görə, müraciətdə bakalavrların TQDK-nın rəsmi internet saytına daxil olaraq iş nömrəsi və şifrinizdən istifadə etməklə “Bakalavrın imtahana buraxılış vərəqi”ni çap edə biləcəyi bildirilir.
İş nömrəsi və şifrini itirmiş bakalavrlar ödəmə kartını aldığını telefon nömrəsindən 2 yazıb 7745 nömrəsinə göndərməlidir.
Ödəmə kartını internet ödəmə vasitəsi ilə əldə edib sonradan həmin iş nömrəsi və şifri itirən bakalavrlar Bakı şəhərində TQDK-nın əsas binasına (Ak. H.Əliyev küç, 17) yaxınlaşmalıdır. Regionlarda yaşayanlar vətəndaşlar isə qeyd etdiyimiz məsələ ilə bağlı TQDK-nın regional bölmələrinə müraciət edə bilərlər.
Qeyd edək ki, imtahana gələrkən “Bakalavrın imtahana buraxılış vərəqi” ni və şəxsiyyət vəsiqəsinin əslini mütləq özünüzlə gətirməlisiniz.
İmtahanın birinci mərhələsi mart ayının 2-də olacaq.