TQDK-nın mətbuat xidmətindən verilən xəbərə görə,nəticələr komissiyanın internet saytında (www.tqdk.gov.az) yerləşdirilib. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Qəbul imtahanı respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Quba şəhərlərində ümumilikdə 57 binada keçirilib. 2013-cü ildə III qrup üzrə 28939abituriyent ərizə təqdim edib.Onlardan 26776nəfəri Azərbaycan bölməsinin, 2163 nəfəri isə rus bölməsinin məzunudur. Abituriyentlərin 7633nəfərini oğlanlar, 21306nəfərini qızlar təşkil edir. 15622 nəfər orta ümumtəhsil məktəblərinin builki məzunudur.10715 nəfər orta ümumtəhsil məktəblərini əvvəlki illərdə bitirən məzunlardır.Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 129 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1956-cı ildən, ən gənc isə 1998-ci ildəndir.AZXEBER.COM-un məlumatına görə, Ümumi balı 250 - dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayanlar iştirak edə bilər.
Qeyd edək ki, bütün qruplar üzrə ixtisas seçimi abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar elan olunduqdan sonra avqustun6-dan 15-dək internet vasitəsilə aparılacaq.