Hazırda ölkədə 772382 nəfər 5–11-ci sinif şagirdi təhsil alır.AZXEBER.COM Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına istinadla verdiyi məlumata görə, 2014/2015-ci tədris ili üçün ümumtəhsil müəssisələrində yekun qiymətləndirmə ilə bağlı təqvim planının 01.11.2014 – 30.11.2014-cü il aralığını əhatə edən mərhələsi başa çatıb. Bu mərhələdə təhsil müəssisələri əlaqələndiriciləri tərəfindən 5–11-cisinif şagirdlərinin sayı siniflər üzrə“Şagird-məzun” sisteminə daxil edilib.Təhsil müəssisələri əlaqələndiricilərinin nəzərinə çatdırılır ki, il ərzində siniflərdə şagirdlərin sayı dəyişərsə, uyğun olaraq “Şagird-məzun” sistemində də şagird saylarına düzəliş edilməlidir.