TQDK sədri İsmayıllı şəhərində vətəndaşları qəbul edəcək

TQDK sədri İsmayıllı şəhərində vətəndaşları qəbul edəcək
Bütün Xəbərlər
17:02 06.05.2014
919
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə mayın 16-da İsmayıllı şəhərində vətəndaşları qəbul edəcək.
TQDK-dan APA-ya verilən məlumata görə, saat 11-də başlanacaq qəbulda İsmayıllı, Qəbələ, Şamaxı, Qobustan rayon sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşların Komissiyasının internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri  (eservices.tqdk.gov.az/SedrinQebulu vəya TQDK-nın Göyçay regional bölməsinə müraciət etmələri (əlaqə tel (020) 2746674) xahiş olunur.
Bundan əlavə, qeydiyyata yazılmaq istəyən vətəndaşlar Qobustan, İsmayıllı, Şamaxı və İsmayıllı rayon təhsil şöbələrinin rəhbərliyinə müraciətə edə bilərlər.
Qeyd edək ki, qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.
OXŞAR XƏBƏRLƏR