TQDK sədri: “Kifayət qədər bilik səviyyəsi aşağı olan şagirdlərimiz var”

TQDK sədri: “Kifayət qədər bilik səviyyəsi aşağı olan şagirdlərimiz var”
Bütün Xəbərlər
12:30 23.08.2013
798

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iki ildir ki, buraxılış imtahanları keçirir.

AZXEBER.COM xəbər verir ki, bunu TQDK sədriMəleykə Abbaszadəbu gün keçirdiyi mətbuat konfransında deyib.Onun sözlərinə görə, buraxılış imtahanları zamanı bəlli oldu ki, kifayət qədər bilik səviyyəsi aşağı olan şagirdlərimiz var:“Buraxılış imtahanı keçirdiyimiz zamanı bilmirik ki, qeyd olunan imtahanda iştirak edənlərin neçə faizi qəbul imtahanında iştirak edəcək”.Sınaq imtahanlarından da danışan TQDK sədri bildirib ki, sınaq imtahanları insanlara xidmət üçün nəzərdə tutulub:“Bəzən abituriyenlər birinci sınaq imtahanınn suallarını əzbərləyirlər və ikinci sınaq imtahanında iştirak edirlər. Bununla da özlərini aldatmış olurlar. Gərək abituriyentlər özlərini və valideynlərini aldatmasın, keçirilən sınaq imtahanlarında biliklərini sınasınlar.Amma biz buraxılış imtahanında iştirak edənlərin nə qədərinin qəbul imtahanında iştirak edəcəyini əvvələcədən bilmirik”.

OXŞAR XƏBƏRLƏR