TQDK sədri vəzifədən getməsindən danışdı

TQDK sədri vəzifədən getməsindən danışdı
Bütün Xəbərlər
21:38 15.09.2011
2006

Məleykə Abbaszadə:“65 yaşımda mən də gedəcəyəm.

“Yaşı 65-i ötmüş təhsil işçilərinin işdən çıxarılması müsbət haldır. Ölənə qədər hamı işləyir deyə, heç yerdə cavanlara iş yoxdur. İnsanlar var ki, illərlə xəstə yatır, amma kafedrada adı gedir”. Bunu APA-ya açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə yaşı 65-i ötmüş təhsil işçilərinin işdən çıxarılması ilə bağlı qərara münasibət bildirərkən deyib. TQDK sədri qeyd edib ki, yaş həddinin olması çox vacibdir: “Hər bir insan bilməlidir ki, neçə yaşdan sonra işləyə bilməz. Məsələn, cərrahlar 55 yaşdan sonra cərrahiyyə əməliyyatına gedə bilmirlər. Amma fərdi hallar da var ki, belə insanların töhfələri yaşdan asılı deyil. Elə insanlar var ki, hətta 70 yaşı olsa belə, təhsilə töhfələr verə bilirlər. O insanları təhsil sistemində saxlamaq lazımdır. Belə insanların sayı da çox az, cəmi 1-2 faizdir. Amma ümumilikdə götürdükdə 65 yaşa çatan insanların intellektual imkanlarının, auditoriyanı ələ almaq bacarıqlarının aşağı düşməsi müşahidə olunur”. M. Abbaszadə deyib ki, ali məktəblər yaş senzi ilə bağlı yarana biləcək problemləri qabaqcadan proqnozlaşdırmalıdırlar: “Beş il əvvəldən ali məktəblər fikirləşməlidir ki, onlara bu müddət bitdikdən sonra nə qədər plan yeri lazımdır. Yaş senzi ilə bağlı məsələlər plan yerləri hazırlananda nəzərdə tutulmalıdır. Əslində, bu, dövlət üçün çox yaxşı addımdır. Hər bir insan davamçılarını özü hazırlamalı və buna çox normal hal kimi baxmalıdır. 65 yaşıma çatanda, mən də gedəcəyəm. O biliklər ki, toplanılıb, onu bir addım da qabağa apara bilən insanlara həvalə etmək lazımdır”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Avropada aviayanacaq təşvişi - Yayda təyyarə reyslərində ciddi problem ola bilər
05:26 11.04.2026
Avropada aviayanacaq təşvişi - Yayda təyyarə reyslərində ciddi problem ola bilər
Hindistanda Pakistan kəşfiyyatına bağlı 11 nəfər saxlanılıb
04:13 11.04.2026
Hindistanda Pakistan kəşfiyyatına bağlı 11 nəfər saxlanılıb
ABŞ Rusiya neftinə sanksiya möhlətini uzada bilər
02:31 11.04.2026
ABŞ Rusiya neftinə sanksiya möhlətini uzada bilər
İtaliyada diversiya Almaniyaya neft tədarükünü dayandırıb
01:45 11.04.2026
İtaliyada diversiya Almaniyaya neft tədarükünü dayandırıb
Aİ Rusiyanı təcrid edə bilməyəcək - Orban
01:04 11.04.2026
Aİ Rusiyanı təcrid edə bilməyəcək - Orban
Futbol tarixinin ən yaxşı qol sevincləri açıqlanıb - Siyahı
00:48 11.04.2026
Futbol tarixinin ən yaxşı qol sevincləri açıqlanıb - Siyahı
Prezident İlham Əliyev Tbilisidə xatirə kitabına nələri yazıb? - VİDEO
00:09 11.04.2026
Prezident İlham Əliyev Tbilisidə xatirə kitabına nələri yazıb? - VİDEO
"Fars": İran və ABŞ nümayəndə heyətləri İslamabada çatıb
00:06 11.04.2026
"Fars": İran və ABŞ nümayəndə heyətləri İslamabada çatıb
Şahbaz Şərif və Kir Starmer İran ilə ABŞ arasında dialoqu müzakirə ediblər
23:55 10.04.2026
Şahbaz Şərif və Kir Starmer İran ilə ABŞ arasında dialoqu müzakirə ediblər
Həmin ərazidə sürüşmə daha da genişləndi - “Yola görə ərzaq qıtlığıdır”-Video
23:46 10.04.2026
Həmin ərazidə sürüşmə daha da genişləndi - “Yola görə ərzaq qıtlığıdır”-Video
İlham Əliyevin Gürcüstanda qarşılanma mərasimindən eksklüziv kadrlar
23:41 10.04.2026
İlham Əliyevin Gürcüstanda qarşılanma mərasimindən eksklüziv kadrlar
Bakıda mənzillərin qiyməti bahalaşıb? - QİYMƏTLƏR
23:25 10.04.2026
Bakıda mənzillərin qiyməti bahalaşıb? - QİYMƏTLƏR
Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Dəhşətli GÖRÜNTÜLƏR yayıldı - VİDEO
23:17 10.04.2026
Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Dəhşətli GÖRÜNTÜLƏR yayıldı - VİDEO
London Hörmüz boğazı ilə bağlı ABŞ olmadan danışıqlar keçirəcək
23:12 10.04.2026
London Hörmüz boğazı ilə bağlı ABŞ olmadan danışıqlar keçirəcək
Nə düşünsələr, onu da deyirlər: birbaşalığı ilə diqqəti cəlb edən bürclər
23:02 10.04.2026
Nə düşünsələr, onu da deyirlər: birbaşalığı ilə diqqəti cəlb edən bürclər
Ötən ay kanalda batan gəncin meyiti tapıldı
22:49 10.04.2026
Ötən ay kanalda batan gəncin meyiti tapıldı