TQDK xəbərdarlıq etdi

TQDK xəbərdarlıq etdi
Bütün Xəbərlər
15:03 03.07.2014
961
Ümumi orta təhsil bazasında kolleclərin qəbul imtahanında qatılanlar orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək hüquqlarını itirəcəklər.
AZXEBER.COM-un TQDK-ya istinadən verdiyi məlumata görə, ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə keçiriləcək qəbul imtahanlarında iştirak etmək üçün ərizə təqdim etmiş bəzi abituriyentlər eyni zamanda ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə ərizə təqdim ediblər.
İyunun 29-da ümumi orta təhsil bazasında kolleclərə keçirilən qəbul imtahanında müsabiqə şərtini ödəyən və ixtisas seçiminə buraxılan həmin abituriyentlər bu təhsil pilləsinə qəbul olduqları təqdirdə ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək hüquqlarını itirəcəklər.
OXŞAR XƏBƏRLƏR