Trabzonda ‘Xocalı soyqırımı – 20’ adlı konfrans baş tutdu

Trabzonda ‘Xocalı soyqırımı – 20’ adlı konfrans baş tutdu
GƏNCLİK
12:01 28.02.2012
2146

Qaradəniz Texniki Universitetində baş tutan konfransda çox sayda azərbaycanlı tələbələrlə yanaşı, türkiyəli tələbələr, başqa ölkələrdən olan tələbələr və universitetin müəllimləri iştirak edirdi. AZXEBER.COM-un məlumatına görə, “Dünyada mənim Vətənim” layihəsi çərçivəsində baş tutan konfransı Qaradəniz Texniki Universitetinin tələbəsi, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai birliyinin üzvü Turac İsrafilov açdı. Çıxışlardan öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Türkiyə və Azərbaycanın dövlət himnləri səsləndi.

Qaradəniz Texniki Universitetinin tələbəsi, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai birliyinin Trabzon təmsilçisi Nahid İsrafilzadə çıxış edərək ermənilərin 1905-1906-cı ildən Azərbaycan torpaqlarında başlayan qanlı əməllərinin mütəmadi davam etdiyini, çar Rusiyası, Sovet İttifaqı və müstəqillik illərində müxtəlif yollarla işğal niyyətlərini gerçəkləşdirdiklərini, Xocalıda, müasir dünyanın gözü qarşısında yüzlərlə insanı məhz etnik mənsubiyyətinə görə qətl etdiklərini konfrans iştirakçılarına xatırlatdı. O, buradakı gənclərin Xocalı kimi soyqırım aktlarına son qoyulmasını, Xocalıya ədalət prinsipləri əsasında soyqırım statusu verilməsini, insanlıq suçu işləmiş günahkarların beynəlxlaq məhkəmədə mühakimə olunmasını tələb etdiklərini səsləndirdi.

Universitetin müəllimi, Prof. Dr. Mehmet Okur ermənilərin Azərbaycan və Türkiyədə həyata keçirdikləri soyqırım hadisələrinin unudulmadığından və erməni yalanlarına, erməni saxtakarlığına rəğmən sənədlərdə və yaddaşlarda hifz olunduğundan bəhs etdi. O, ermənilərin 1918-ci ildə Şamaxı, Bakı, Quba, Qarabağda törətdikləri vəhşiliklərin sənədləşdirildiyini, 1988-ci ildə Sumqayıtda öz soydaşlarına qarşı törətdiklərinin dəlilləri ilə sübut olunduğunu qeyd etdi. Xocalıda baş verənlər türk millətinə edilmiş zülm, soyqırımdır.

Konfrans Xocalı soyqırımı, Qarabağ müharibəsi, erməni vəhşiliklərindən bəhs edən videogörüntü və filmlərlə davam etdi.

MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin Trabzon üzrə təmsilçisi Nahid İsrafilzadə və birliyin üzvü Turac İsrafilovun təşəbbüsü ilə təşkil olunan konfransda 200-dən çox müəllim və tələbə iştirak etmişdir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
23:50 18.04.2026
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
23:32 18.04.2026
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
23:23 18.04.2026
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
23:15 18.04.2026
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
22:56 18.04.2026
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
22:45 18.04.2026
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
22:24 18.04.2026
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
22:10 18.04.2026
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
21:57 18.04.2026
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
21:38 18.04.2026
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
21:37 18.04.2026
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
21:36 18.04.2026
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
21:34 18.04.2026
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
İlahə Abdullayevaya yeni vəzifə verildi
21:17 18.04.2026
İlahə Abdullayevaya yeni vəzifə verildi
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
21:08 18.04.2026
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
Ağdamda gənc FACİƏLİ şəkildə öldü
21:03 18.04.2026
Ağdamda gənc FACİƏLİ şəkildə öldü