"Trabzonspor"un baş məşqçisi istefa verib

İDMAN
18:50 07.03.2023
255
Türkiyənin "Trabzonspor" komandasının baş məşqçisi Abdullah Avcı istefa verib.

Bu barədə "A Spor" məlumat yayıb.

Qeyd edək ki, Abdullah Avcı 2020-ci ildən Qara dəniz təmsilçisində işləyir. 60 yaşlı mütəxəssis 2021/2022 mövsümündə "Trabzonspor"la ölkə çempionu olub. Daha əvvəl klubun prezidenti Ahmet Ağaoğlu istefa verib.
OXŞAR XƏBƏRLƏR