“Traktor”- “Persepolis” oyununda qarışıqlıq salmaqda şübhəli bilinən iki qadın həbs edilib

İDMAN
20:11 04.02.2025
121
İranda Təbrizin "Traktor” və Tehranın "Persepolis” futbol klubları arasında yanvarın 26-da keçirilən oyunda iğtişaş yaratmaqda şübhəli bilinən iki qadın tamaşaçı həbs edilib.

AZXEBER.COM xəbər verir ki, məlumatı İRNA yayıb.

Müşahidəçilərin sözlərinə görə, həbs edilən iki qadının hansı komandanın tərəfdarı olduğu ilə bağlı məlumat yayılmayıb. Bundan başqa, iğtişaş yaradaraq azərbaycanlıları təhqir edənlərin sayının iki nəfərdən çox olduğu da bildirilib.

Tehranda keçirilən bu oyun "Persepolis"in 2:0 üstünlüyü ilə başa çatıb. "Azadi” adına stadiona toplaşan Tehran komandasının azarkeşləri "Traktor”un oyunçularına yad cisimlər atıb, onları təhqir ediblər. Bundan başqa, klubun azarkeşləri Azərbaycan türklərinə qarşı şüarlar səsləndirib, təhqiredici ifadələr işlədib, Təbriz komandasının tərəfdarlarına hücum ediblər. Hadisə nəticəsində "Traktor”un 33 tərəfdarı xəsarət alıb.

İran Prezidenti Məsud Pezeşkian baş verən hadisənin "qəbuledilməz” olduğunu bildirib, hadisə ilə bağlı idman və gənclər naziri Əhməd Dünyamalı tapşırıq verəcəyini deyib. O vurğulayıb ki, bu kimi hallara qarşı sərt tədbir görülməsə, daha şiddətli hadisələr baş verə bilər.

Əhməd Dünyamalı oyun zamanı baş vermiş hadisə ilə bağlı müşavirə keçirib.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:29 04.02.2025

"Zevs"in qardaşı hakim qarşısına çıxır - 12 ilə kimi həbs gözləyir

23:24 04.02.2025

AZAL-ın qəzaya uğramış təyyarəsinin şəkilləri dərc edilib

23:08 04.02.2025

Təyyarədən “Pantsir-S”in parçası çıxarılıb

22:55 04.02.2025

"TikTok"da "Bakcell" adından DƏLƏDUZLUQ

22:47 04.02.2025

Hava şəraiti kəskin dəyişəcək

22:13 04.02.2025

AZAL təyyarəsinin hər iki mühərriki qəza anınadək problemsiz çalışıblar

21:59 04.02.2025

Bakıdakı Səudiyyə Ərəbistanı Mərkəzi yeni layihələr hazırlayır - Video

21:54 04.02.2025

Kənar səsdən 21 saniyə sonra AZAL təyyarəsinin 3 hidravlik sistemi sıradan çıxıb

21:49 04.02.2025

Təyyarə Bakıya qayıtmaq istəyəndə vurulub - Faktlar açıqlandı

21:33 04.02.2025

Azərbaycan təyyarəsinin qəzaya uğraması barədə yekun hesabatın hazırlanması işlərinə başlanılıb

21:21 04.02.2025

Rusiyanın yalanı üzə çıxdı - 8 dəqiqə sonra olubmuş

20:58 04.02.2025

Aİ-nin Rusiyaya qarşı 16-cı sanksiya paketinə dair təkliflər sabah müzakirə ediləcək

20:48 04.02.2025

Moskvada baş verən partlayışda Ermənistan vətəndaşı şübhəli bilinir

20:37 04.02.2025

İnterpol genişmiqyaslı əməliyyat keçirib, 20 minə yaxın heyvan müsadirə edilib

20:24 04.02.2025

Dubayda 550 milyon dollar dəyərində yeni kompleks inşa ediləcək

20:11 04.02.2025

“Traktor”- “Persepolis” oyununda qarışıqlıq salmaqda şübhəli bilinən iki qadın həbs edilib