Traktorla minik maşını toqquşdu - Xəsarət alanlar var

Traktorla minik maşını toqquşdu - Xəsarət alanlar var
HADİSƏ
09:29 11.08.2025
213
Hacıqabul rayonunda traktorla minik avtomobilinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM xəbər verir ki, hadisə gecə saatlarında Abdulabad kəndində qeydə alınıb. Hadisə nəticəsində, Qasımov Elnur Sakit oğlu, Babayev Bayram Müslüm oğlu və Babayev Müslüm Bayram oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR