Traktorla toqquşmada ölən Rusiya vətəndaşı olub – RƏSMİ

Traktorla toqquşmada ölən Rusiya vətəndaşı olub – RƏSMİ
Bütün Xəbərlər
14:20 09.01.2015
623
Daxili İşlər Nazirliyi dünən Goranboy rayonunda baş verən qəza ilə bağlı açıqlama yayıb.
AZXEBER.COM  DİN-ə istinadən xəbər verir ki, yanvarın 8-də saat 20 radələrində Goranboy rayonunun Borsunlu kəndində Gürcüstan vətəndaşı Cavanşir Çavuşun idarə etdiyi “VAZ-21065” markalı avtomobillə Göygöl rayon sakini Ayaz Həsənovun idarə etdiyi “MTZ-80” markalı traktor toqquşub.
C.Çavuşun sərnişini - Rusiya Federasiyası vətəndaşı Sahib Mustafayev hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.
OXŞAR XƏBƏRLƏR