ABŞ Prezidenti Donald Tramp bildirib ki, administrasiyasının İranla razılığa gələ biləcəyinə ümid edir. AZXEBER.COM TASS-a istinadən bildirir ki, bu barədə ABŞ lideri Floridada jurnalistlərə açıqlama verib. "Ümid edirəm ki, razılığa gələcəyik", - o deyib. Eyni zamanda prezident qeyd edib ki, ABŞ-nin regionda dünyanın ən böyük və ən güclü gəmiləri yerləşdirilib.