Tramp: ABŞ süqutun astanasına gəlmişdi

Tramp: ABŞ süqutun astanasına gəlmişdi
DÜNYA
22:00 22.11.2026
81
ABŞ Prezidenti Donald Tramp ölkəsinin açıq sərhəd siyasəti səbəbindən az qala süqut edəcəyini iddia edib.

O, bu barədə "Truth Social” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

" Açıq sərhədlər millətləri məhv edir! Mən ortaya çıxana qədər ABŞ da onlardan birinə çevrilməyə çox yaxın idi”, – deyə Tramp yazıb.

Qeyd edək ki, Tramp oktyabr ayında Konqresə aralıq seçkilərində məğlubiyyətdən əvvəl demokratların qələbəsi halında ABŞ-ni Fransanın taleyinin gözlədiyini bildirmişdi. Həmin dövrdə ölkədə etiraz aksiyaları geniş vüsət almışdı.

Bundan əvvəl isə ABŞ lideri Afrikanın şimalında yerləşən İspaniyanın muxtar şəhəri Seutadakı miqrasiya böhranını "dəhşətli” adlandırmışdı. Tramp həmin vaxt demokratların hakimiyyətə gələcəyi təqdirdə oxşar vəziyyətin üç ildən sonra ABŞ-də də yaşana biləcəyini iddia etmişdi.

///sfera.az
OXŞAR XƏBƏRLƏR